Nazirlik: “Ana və körpə ölümü azalıb”

Nazirlik: “Ana və körpə ölümü azalıb”
  13 May 2013    Oxunub:2310
Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur. Yeddi perinatal mərkəzin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması və digər tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir.

Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.


Teqlər:





Xəbər lenti