Partladılan jurnaldan müsəlmanlara “təxribat”

Partladılan jurnaldan müsəlmanlara “təxribat”
  13 Yanvar 2015    Oxunub:1972
Məhəmməd peyğəmbərin karikaturasını yaydığına görə terror hücumuna məruz qalan “Charlie Hebdo” jurnalının yeni sayı işıq üzü görüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın terror aktından sornakı ilk sayında yenidən Məhhəməd peyğəmbəra aid karikatura dərc olunub.

Ağlayan sima ilə təsvir olunan “peyğəmbər” əlində “Je suis Charlie”, yəni “Mən Şarliyəm” şüarını tutub.

Jurnalın manşetində isə “Tout est pardonné”, yəni “Hər şey bağışlandı” sözləri yazılıb.

Jurnalın müəllifləri açıqlamalarında urğulayıb ki, bütün dinləri tənqid etməyə davam edəcəklər:

“Bizim təhdid eşitmədiyimiz bir gün belə olmayıb. Amma heç birimizin ağlına gəlməzdi ki, bir gün redaksiya iclasında kalaşnikovla hücuma məruz qalacağıq”.

Qeyd edək ki, jurnalın bu gün satışa çıxacaq sonuncu buraxılışı 3 milyon tirajla çap olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti