`Azərbaycan Vaşinqtona sadiqliyinə yenidən baxa bilər` - `The Daily Caller`
Materialın orijinalını BURADAN oxumaq olar.
- Belə bir hiss yaranıb ki, Bakının müxtəlif standartlarla mühakimə olunması adi hal alıb, lakin azərbaycanlı məmurlar hələ də vurğulayırlar ki, Azərbaycan uzun müddətli siyasətdə Vaşinqtona sadiqdir. Azərbaycanlı məmurların sözlərinə görə, bu siyasət xüsusilə, enerji və təhlükəsizlik sahəsində maraqları birləşdirir. Bu sadə faktı ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Robert Sekuta da təstiqləyir. Onun sözlərinə görə “Azərbaycan regionun gələcək sülh və sabitliyində əsas rol oynayır”- deyə yazıda vurğulanır.
Bundan başqa, məqalədə qeyd olunur ki, ABŞ-ın müdafiə naziri Eşton Karterin yeni vəzifəyə gəlişi Bakı ilə münasibətləri nizamlamağa kömək edə bilər.
Həmçinin, məqalədə Azərbaycan silahlı qüvvələrinin Əfqanıstanda mövcud olan 8 ölkədən biri olduğu qeyd edilir. Buna görə Əfqanıstan prezidenti Əşrəf Qani Bakıya səfəri zamanı Azərbaycana təşəkkür etmişdi.
Lakin qeyd edilir ki, Eşton Karter Azərbaycanın öhdəçiliyini və yardımlarını bü cür mükafatlandıra bilməz. Çünki hər bir ökə öz maraqlarına görə hərəkət edir və Azərbaycan da fərqli deyil.
“ABŞ-ın Azərbaycana laqeydliyi azərbaycanlıları Vaşinqtona sadiqlikdə yenidən düşünməyə vadar edə bilər” – deyə yazıda qeyd olunur.
AzVision.az