“OPEK neftin qiymətini tənzimləyə bilmir”

 “OPEK neftin qiymətini tənzimləyə bilmir”
  13 Yanvar 2015    Oxunub:1790
Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) artıq dünya bazarında neftin qiymətini tənzimləyə bilməyəcək.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) energetika naziri Suaxil əl-Mazuri bildirib.

Nazirin sözlərinə görə, hazırda qiymətlərin tənzimlənməsi üçün Şimali Amerikada şist neft istehsalı azaldılmalıdır: “Biz artıq neftin dünya bazarında müəyyənləşdirilmiş qiymətini qoruya bilmirik”.

Əl-Mazurinin sözlərinə görə, bazarda neftlə bağlı təkliflərin həddən artıq olması ilk növbədə şist neft artıqlığı ilə bağlıdır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti