Ohanyan Rusiyadan qorxdu, geri çəkildi

Ohanyan həmçinin cinayətkar və cinayətkarların cəzalandırılacağına əmin olduğunu bildirib.
Bu halda Seyran Ohanyan fərziyyələr yürütməməyə çağırıb: “Düşünürəm ki, belə hadisələrdə həmişə günahkarların var – şəxsiyyət və onun mühiti, kollektiv, onun ətrafı və s”, - nazir qeyd etdi.
Ohanyan həmçinin hadisəni siyasiləşdirərək Ermənistan-Rusiya münasibətlərini pisləşdirmək cəhdlərini yersiz olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Eldar Tanrıverdiyev