Paris qətliamını `Əl-Qaidə` boynuna götürdü

Paris qətliamını `Əl-Qaidə` boynuna götürdü
  14 Yanvar 2015    Oxunub:2125
“Əl Qaidə” terror təşkilatının Yəmən qolu Fransada terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Əl Qaidə” terror təşkilatının yaydığı məlumatda “Charlie Hebdo” satirik jurnalına hücumun edilməsi barədə qərarı Əymən əl-Zəvahiri verib.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti