Müəllimlər silah gəzdirəcək - İcazə verildi

Müəllimlər silah gəzdirəcək - İcazə verildi
  14 Yanvar 2015    Oxunub:2578
Pakıstanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin hökuməti kişi müəllimlərin dərsə silahla getməsinə icazə verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli hökumət müəllimlərin daşıyacağı bu silahın rəsmi şəkildə qeydiyyata alınacağını da bildirib.

Xeybər-Paxtunxva hökumətinin təmsilçisi Pərviz Xattakın sözlərinə görə, hüquq-mühafizə orqanları 30 mindən artıq təhsil müəssisəsinin təhlükəsizliyini müstəqil olaraq, təmin edə bilmir.

Bu qərar Peşavardakı hərbi məktəbə "Taliban" yaraqlılarının basqınından sonra qəbul edilib.

Xatırladaq ki, həmin hadisə nəticəsində azı 148 şagird və müəllim öldürülmüşdü.


Teqlər:





Xəbər lenti