Homoseksuallığa qarşı yeni üsul

Homoseksuallığa qarşı yeni üsul
  14 Yanvar 2015    Oxunub:1999
Hindistanın Qoa əyalətində LGTB (Lezbiyan, Gey, Transseksual və Biseksual) üzvlərini müacliə etmək üçün xüsusi mərkəzlər yaradılacaq.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar ölkədə geniş müzakirələrə səbəb olub.

Əyalətin idman və gənclər naziri Rameş Tavadkar bildirib ki, bu insanları normallaşdırmaq mümkündür:

“Onlar üçün mərkəz yaradacağıq. Onlara tədris keçəcək və dərmanla müalicə edəcəyik. Hədəf qruplarımızdan biri onlardır. Bundan başqa uşaq cinayətkarlar, narkotik asılılığından əziyyət çəkən gənclər, miqrantlar üçün də bu mərkəzlər yaradılacaq”.

Qeyd edək ki, bir ay əvvəl ölkənin paytaxtı Dehlidə minə yaxın insanın iştirakı ilə LGTB-yə dəstək mitinqi keçirilmişdi.

Fatimə


Teqlər:





Xəbər lenti