Paris qətliamı ilə bağlı ilginc məlumat
Telekanalın sözlərinə görə, jurnala hücum edən qardaşlardan biri üç il əvvəl pul vəsaiti alıb. Son zamanlar isə Paris terrorçuları və “Əl-Qaidə”nin Yəmən qolu arasında əlaqə olmayıb. Bu isə Kuaşi qardaşlarının terror aktından əvvəl maliyyələşdirildiyini göstərir.
Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Eldar Tanrıverdiyev