Facebookdan yeni xidmət: `Facebook at Work`
“Facebook at Work” – eyni qurumda işləyən insanların öz aralarında ünsiyyət saxlaması üçün korporativ xidmətdir. Bu xidmət şəxsi profillərdən və ümumi facebook dünyasından ayrı olacaq. Yəni işçilər ancaq öz aralarında ünsiyyət saxlaya biləcəklər.
Bir çox şirkətlər öz əməkdaşlarına iş vaxtı facebook-dan istifadə etməyi yasaqlayırlar. Ona görə də, Facebook kompaniyası bazarın korporativ sosial şəbəkə seqmentində də yerini tutmağa çalışıb.
Layihəhəyə 2010-cu ildə Facebook-a gələn Lars Rasmussen rəhbərlik edir. O, buna qədər `Google Maps` və korporativ servis olan `Google Wave` layihələrinə görə tanınmışdı.
AzVision.az
Teqlər: