ABŞ-da məşhur yazıçının evi sökülür

ABŞ-da məşhur yazıçının evi sökülür
  15 Yanvar 2015    Oxunub:1941
Məşhur Amerika yazıçısı, elmi fantastikanın klassiklərindən sayılan Rey Bredberinin 50 ildən çox yaşadığı ev söküləcək.

2012-ci ildə yazıçının vəfatından sonra onun Los-Anceles yaxınlığındakı evi 1,765 milyon dollara satılmışdı. İndi isə evin yeni sahibi– məşhur arxitektor Tom Meyn,- onu sökmək üçün icazə alıb. Artıq evin yarıdan çoxu sökülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti