Rusiya Fransanı beynəlxalq məhkəməyə verir

Rusiya Fransanı beynəlxalq məhkəməyə verir
  16 Yanvar 2015    Oxunub:2187
Rusiya Fransanı beynəlxalq məhkəməyə verir. Buna səbəb Fransanın "Mistral" tipli ilk desant helikopter daşıyıcısını Rusiya Hərbi Dəniz Donanmasına təhvil verməməsidir.

AzVision.az report-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ölkəsi 6 ay içərisində Fransaya qarşı iddia qaldıracaq: "Biz Fransa ilə imzalanan anlaşmaya uyğun hərəkət edəcəyik. Əvvəlcə qarşı tərəfdən gəmilərin nə üçün təslim edilmədiyini soruşacağıq. Daha sonra 3-6 ay içərisində iddia qaldırılacaq".

Nazir deyib ki, artıq ilkin addım atılıb: "Yəni qarşı tərəfə gəminin nə üçün təslim edilmədiyi barədə sorğu ünvanlamışıq. Fransanın cavabından sonra növbəti addımı atacağıq".

Qeyd edək ki, 2012-ci ildə iki ölkə arasında imzalanmış 1.2 milyard avro dəyərində müqaviləyə əsasən, Fransa "Mistral" tipli ilk desant helikopter daşıyıcısını Rusiya Hərbi Dəniz Donanmasına 2014-cü il noyabrın 14-də təhvil verməli idi. Ancaq Fransa prezidenti Fransua Olland ilk "Mistral" gəmisinin Rusiyaya göndərilməsini dayandırmaq qərarına gəlib.


Teqlər:  





Xəbər lenti