Belçikada böyük terrorun qarşısı alınıb

Belçikada böyük terrorun qarşısı alınıb
  16 Yanvar 2015    Oxunub:2254
Belçikada ötən gün keçirilən anti-terror əməliyyatları zamanı saxlanılan şəxslər ölkədə “ikinci Paris” ola biləcək geniş miqyaslı terror aktları törətməyi planlaşdırıblar.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən hüquq-mühafizə orqanları əməkdaşları zərərsizləşirilən terrorçuların evlərindən partlayıcı qurğular, “İraq və Şam İslam Dövləti” terror təşkilatına məxsus bir neçə bayraq aşkarlayıblar.

Qeyd edək ki, ötən gün Belçika polisi Verve şəhərində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı iki terrorist zərərsizləşdirilib, bir nəfər isə polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti