Beş istiqamətdə atəşkəs pozuldu

Beş istiqamətdə atəşkəs pozuldu
  14 May 2013    Oxunub:1511
Erməni silahlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlıgında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti