Sarkisyan Ərdoğanın dəvətinə CAVAB VERDİ

Sarkisyan Ərdoğanın dəvətinə CAVAB VERDİ
  17 Yanvar 2015    Oxunub:3956
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərində iştirak etmək dəvətini rədd edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti məktubunda Çanaqqala döyüşündə iştirak edən ermənilərin xidmətini göstərməklə yanaşı, 1915-ci ildə ermənilərin "soyqırım"a məruz qaldığını və bunun Osmanlı tərəfindən planlaşdırıldığını göstərib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.



Teqlər:  





Xəbər lenti