Çempionumuz bəlli oldu

Çempionumuz bəlli oldu
  17 Yanvar 2015    Oxunub:2517
Bakıda şahmat üzrə Azərbaycan çempionu adı uğrunda turnir başa çatıb. Turnir İsveçrə sistemi ilə keçirilib.
AzVision.az xəbər verir ki, çempionatda reytinqin favoriti, qrossmeyster Rauf Məmmədov liderlik edib. Səkkizinci turda Nicat Abbasov üzərində həlledici qələbədən sonra sonuncu turda onun üçün heç-heçə yetərli olub.

Nəticədə 9 mümkün xaldan 6,5 xal toplayan R.Məmmədov kişilər arasında 70-ci Azərbaycan çempionatının qalibi olub. Əlavə göstəricilərə görə ondan geri qalan Eltac Səfərli (ikinci yer) və Vasif Durarbəyli (üçüncü yer) də bu qədər xal toplayıblar. Qədir Hüseynov və Vüqar Rəsulov qalibdən yarım xal, Azər Mirzəyev bir xal geri qalıblar.


Teqlər:





Xəbər lenti