Nüşabə Ələsgərli biznesindən danışdı

Nüşabə Ələsgərli biznesindən danışdı
  17 Yanvar 2015    Oxunub:5014
Əməkdar artist Nüşabə Ələsgərli “ATV Maqazin” də biznesindən söhbət açıb.
AzVision.az xəbər verir ki, Nüşabə ifaçılıqla yanaşı, bizneslədə də məşğul olub. Zamanında bir neçə obyekti olan sənətçi o günləri belə xatırlayıb:

“Əvvəl müğənnilər arasında dəb halını almışdı ki, hər kəsin səs yazma studiyası olsun. Mən də səsyazma studiyası açdım, sonra çay evinə maraq saldım.

Ardınca da avtomobil yuma, qadın salonu, market açdım. Qadın salonunu həm də özüm üçün açdım ki, tələbatlarımı ödəyim.

Biznes qura bilmədim. İstədim ki, sabah sənətimi davam etdirməsəm rahat dolanam. Gördüm ki, başım ağrıyır. Yaxşısı öz işimlə məşğul olmaqdır. Bizneslə məşğul olmaq üçün gərək işin başında özün durasan.”


Teqlər:  





Xəbər lenti