ABŞ yenidən İŞİD-i vurdu: Ölənlər var

ABŞ yenidən İŞİD-i vurdu: Ölənlər var
  17 Yanvar 2015    Oxunub:2005
ABŞ başda olmaqla beynəlxalq koalisiya İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarının mövqelərinə aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən beş aviazərbə İŞİD-in İraq ərazisindəki mövqelərinə endirilib.

Suriyada isə aviazərbələr nəticəsində terrorçuların əlində olan 9 obyekt məhv edilib. Aviazərbələr nəticəsində xeyli terrorçunun məhv edildiyi bildirilir.

Yanvarın 15-ində isə koalisiya qüvvələri ümumilikdə İŞİD mövqelərin 22 aviazərbə endirib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti