Müsəlmanlar etiraza qalxır

Müsəlmanlar etiraza qalxır
  17 Yanvar 2015    Oxunub:3177
Rusiya paytaxtı Moskvda müsəlmanların nəhəng etiraz aksiyası hazırlanır.
İslam fəalları qrupu şəhər rəhbərliyinə ərizə verərək yanvarın 25-də etiraz mitinqi keçirmək istədiyini bildirib.

Saxarov prospektində keçiriləcək mitinqdə 100 min adamın iştirak edəcəyi güman edilir. Mitinqdə Fransanın “Charlie Hebdo” jurnalına etiraz ediləcək. Rusiya müftilər şurası təşəbbüsü dəstəkləyib. Moskva rəhbərliyi ərizəyə bazar ertəsi cavab verəcək.

Ərizədə bildirilir ki, onlar dini duyğuları alçaldan nəşrə etiraz edəcəklər. Təşkilatçıların sırasında Qafqaz Xalqları Konqerssinan üzvü Abakar Abakarov və İslam hüquq müdafiəçisi Ali Çarinski yer alır.(ans)


Teqlər:





Xəbər lenti