“Vaqif Ələkbərov müdir deyil” - Nazirlik

“Vaqif Ələkbərov müdir deyil” - Nazirlik
  14 May 2013    Oxunub:1791
“Sumqayıt təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunan Mahal Əliyevin yerinə heç kim təyin olunmayıb”.

Bu sözləri AzVision.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsindən bildiriblər.

“Sumqayıt Şəhər Təhsil Şöbəsinə müdir təyin edilməyib. Hazırda müdir müavini Vaqif Ələkbərov müdiri əvəz edir” .

Qeyd edək ki, iki ay öncə səhhəti və ailə vəziyyəti ilə bağlı Sumqayıt təhsil şöbəsinin müdiri Mahal Əliyev öz vəzifəsindən azad edilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti