Zəminə Əliqızı: “Təhsil Nazirliyinin qərarını gözləyirik”

Zəminə Əliqızı: “Təhsil Nazirliyinin qərarını gözləyirik”
  14 May 2013    Oxunub:3023
“Məktəblərdə fond pulu yığılmır”
Bakıda şagirdlərin psixoloji-pedaqoji diaqnostik xəritəsi artıq hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı AzVison.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi qərar verməlidir: “Biz təqdim etmişik, Nazirliyin qərarını gözləyirik”

Qeyd edək ki, bir müddət əvvəl şöbə müdiri mətbuta açıqlamasında bildirib ki, şagirdin psixoloji-pedaqoji diaqnostik xəritəsinin nümunəvi forması hazırlanıb,bütün məktəblərə paylanacaq.

Şöbə müdiri məktəblərdə yığılan fond pulu məsələsinə də aydınlıq gətirib: “Dəfələrlə demişəm,indi də deyirəm, məktəblərdə fond pulu yığılmır”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti