Tanınmış rus jurnalisti: “Ermənistan itin quyruğudur…”

Tanınmış rus jurnalisti: “Ermənistan itin quyruğudur…”
  18 Yanvar 2015    Oxunub:3259
“Exo Moskva”nın canlı efirində sensasiya: “Ermənistan itin quyruğudur, Azərbaycan isə qüdrətli ölkədir…”

Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu “Kod dostupa” verilişində Ermənistanın ünvanına ağır ifadələr işlədib. Azərbaycanın isə qüdrətli ölkəyə çevrildiyini deyib. Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir erməni ailəsini güllələməsi hadisəsi ətrafında baş verənləri şərh edən Yuliya Latınina canlı yayımda Ermənistanın “Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü” deyib.

Virtualaz.org nüfuzlu rusiyalı şərhçinin yanvarın 17-də axşam efirə gedən verilişinin bu hissəsinin stenoqramını olduğu kimi təqdim edir:

“Axşamınız xeyir! Efirdə Yuliya Latıninadır. Ermənistan məsələsindən başlamaq istəyirəm. Mənim Ermənistanda nə baş verdiyinə dair bir neçə sualım var. Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Üümumiyyətlə, bizim satellitlərimizi barmaqla saymaq olar, özü də sapoqu çıxarmadan və hətta sol əldən əlcəyi çıxarmadan. Bu, Cənubi Osetiyadır, hansı ki, biz onu HƏMAS-a çevirmişik; Abxaziyadır, hansı ki, situasiya tamamilə fəlakətlidir; Dnestryanı bölgədə də fəlakətli situasiya hökm sürür, budur, bizim böyük HƏMAS-a çevirdiyimiz Donbasda isə kifayət qədər anlaqsız lümpenlər ailələri güllələyir, mənzillərini və maşınlarını əllərindən alır. Bütün bunları güllələnənlərin “lənətlənmiş ukraynalı faşistlərdən müdafiə olunması” adı altında edirlər. Ancaq yeri gəlmişkən kimi güllələsələr dərhal onu Ukrayna faşisti elan edirlər. Beşincisi isə Ermənistandır. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə hər cür azərbaycanlılardan fərqli olaraq Gömrük İttifaqına üzv olub, o cümlədən həmin Ukraynanın özündən fərqli olaraq. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var.

Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistam qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Və bu gün Ermənistan küncə sıxılıbsa təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var-Rusiyanın Ermənistana yardımı.

Və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür...12 yanvarda çağırışçı əsgər Valeri Permyakov Gümrüdə ya Avetisyanlar ailəsinin evinə girib, ya su içmək istəyib, ya güclü kayfda olub. Ya da hərbi bazada tamamilə bardak hökm sürür.

Və əgər bazanın əsgəri güclü kayfda olubsa görünür bu, bazanın ərazisində satılan yeganə kayfdır. Qısa desək o, bütün ailəni güllələyib. İki yaşlı uşağa gülləsi çatmadığından onu süngü-bıçaqla öldürüb. O, hərəkətini belə izah edib ki, adamların onu tanıyıb hərbi bazaya xəbər verəcəyindən qorxub. Yəni iki yaşlı uşaq da onu tanıyıb xəbər verərmiş. Və budur, gülləsi çatmayıb, süngü-bıçaqla doğramağı qərara alıb.

Evdə onun ayaqqabısını və paltarını tapıblar, ayaqqabıda isə müvafiq olaraq əsgərin familiyası yazılıbmış: “Permyakov”. Permyakovu bir sutka sonra Türkiyə ilə sərhəddə tutublar. Və bundan sonra finiş gəlir, çünki əsgəri məhkəmə üçün Ermənistan hakimiyyətinə vermək əvəzinə 102-ci bazanın komandanlığına təhvil veriblər.

Bundan sonra görünür Kremldə kimlərsə ayaqlarını erməni xalqına silməyi qərara alıb. Mən yeri gəlmişkən analoji vəziyyəti yada salıram. Podolsk ətrafında yol qəzası oldu: sürücü erməni idi və onu məhkəməyə qadın xalatında gətirdilər-o vaxt da xeyli adam hlak olmuşdu. Ancaq onda, bildiyiniz kimi, Rusiya ərazisində cinayət törətmiş həmin ermənini mühakimə olunmaq üçün Ermənistana vermədilər.

Lakin tamamilə aydındır ki, biz ayrıca götürülmüş sıravi Permyakovun şərəfini niyə qorumağı qərara almışıq. Bu fakt diqqəti ona yönəldir ki, biz özgə ölkənin ərazisində özümüzü hətta müstəmləkə ərazisində olduğu kimi deyil, erməni xalqı üçün ən təhqiramiz formada aparırıq. Üstəlik ona görə yox ki, belə eləmək olar. Ona görə ki, Kremlin beynəlxalq siyasətdə böyüklüyü ideyası belədir.

Nəticədə minlərlə nümayişçi Rusiya hərbi bazasını mühasirəyə aldı. Mənim iki sualım var. Aydındır ki, bu hadisəyə görə Ermənistanda kritik heç nə olası deyil. Çətin ki, orada Sərkisyanı aşıran maydan başlasın. Ancaq iki məsələ var. Bizə elə gəlir ki, Ermənistan çox uzaqdır. Doğrudanda uzaqdır, ancaq o, bizim döyüşdüyümüz “lənətlənmiş pindoslar” deyil, hər halda Zaqafqaziyadır. Kifayət qədər qaynar regiondur. Qonşuda isə Azərbaycan var, hansı ki, onunla münasibətlər də bizə vacibdir. İndi budur, Azərbaycan xalqı Ermənistanda baş verənləri sevincək baxır və deyir: “Görürsünüz, sizin ikinci sort müstəmləkəçiləriniz sizinlə necə davranır?”


Teqlər:  





Xəbər lenti