Malaxov Gümrüyə gələrək ermənilərdən üzr istədi

Malaxov Gümrüyə gələrək ermənilərdən üzr istədi
  19 Yanvar 2015    Oxunub:4033
Məşhur rusiyalı teleaparıcı Andrey Malaxov Ermənistanın Gümrü şəhərinə gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Malaxov çəkiliş qrupu ilə Gümrüyə gəlib. O, rusiyalı hərbçi Premyakovun yanvarın 12-i törətdiyi qətlə görə baş sağlığı verib, belə bir hadisənin baş verməsinə görə üzr istəyib.

Bundan sonra Malaxov Gümrü şəhər meri Samvel Balasanyandan müsahibə alıb, qətldən sonra şəhərdə hökm sürən əhval-ruhiyyə ilə maraqlanıb.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti