Litvadan önəmli Qarabağ bəyanatı

Litvadan önəmli Qarabağ bəyanatı
  20 Yanvar 2015    Oxunub:1928
Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.

AzVision.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

Diplomat qeyd edib: “Latviya əmindir ki, bu uzun sürən münaqişə yalnız sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.

Nazirin sözlərinə görə, Latviya Avropa İttifaqında sədrliyi çərçivəsində ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini tamamilə dəstəkləyir.

E.Rinkeviç, həmçinin münaqişənin həlli prosesində Azərbaycanla Ermənistan arasında birbaşa təmasların vacibliyini qeyd edib.


Teqlər:





Xəbər lenti