Fətullah Gülən 190 ölkədə axtarışa verilir

Fətullah Gülən 190 ölkədə axtarışa verilir
  20 Yanvar 2015    Oxunub:2722
ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı tələb fərqli prosedurla irəli sürüləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi `paralel dövlət` liderinin ölkəyə geri qaytarılmasını tələb etmə səbəbinin siyasi yox, huqiqi olmasıdır.

Belə ki, prosedura görə Fətullah Gülən barəsində Ədliyyə Nazirliyinin hazırladığı `qırmızı bülleten` Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) təqdim olunmalı və nazirlik öz növbəsində bunu ABŞ XİN-ə göndərilməlidir. Bu dəfə isə ABŞ-a birbaşa Ədliyyə Nazirliyi müraciət edəcək. Bunun səbəbi isə bu prosedurla Fətullah Gülənin Türkiyə üçün milli təhlükə hesab olunması və onun barəsində qaldırılan tələbin siyasi deyil, hüquqi səbəb olmasıdır. Bununla bağlı dəqiq dəlillər var.

Baş Prokurorluğunun hazırladığı həbs qərarı çərçivəsndə 190 ölkəyə `qırmızı bülleten` göndəriləcək. Bülletenin müddəti isə 5 illik olacaq və Türkiyənin tələb edəcəyi halda bu müddət uzadıla bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti