Xaçmazda bir nəfər intihara cəhd edib

Xaçmazda bir nəfər intihara cəhd edib
  20 Yanvar 2015    Oxunub:1823
Xaçmaz şəhərində bir nəfər sərxoş vəziyyətdə qülləyə qalxaraq intihar etmək niyyətini nümayiş etdirib.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub.

Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:16-da başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti