Yaponiya İŞİD-dən nəyi tələb edir?

Yaponiya İŞİD-dən nəyi tələb edir?
  20 Yanvar 2015    Oxunub:2346
Yaponiya baş naziri Şinzo Abe İŞİD terror qruplaşması tərəfindən yeni yayımlananan videoda göstərilən iki yapon girovu dərhal azad etməsini tələb edib.
AzVision.az ansprees-ə istinadən xəbər verir ki, Şinzo Abe müraciətini yayılan videodan bir neçə saat sonra edib.

Videodakı yaraqlı girov götürülən şəxslərin adlarının Kenzi Qoto və Haruna Aykava olduğunu deyib və Yaponiyanı İŞİD-ə qarşı mübarizədə Qərbi dəstəkləməsini tənqid edib.

Yaponiya hərbi qüvvələri Birləşmiş Ştatların başçılığı ilə İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı 1700-dən çox hava hücumunu həyata keçirən koalisiyaya daxil deyil.

Videoda yaraqlılar Yaponiyadan 200 milyon dollar tələb edib və bu məbləğ verilmədiyi təqdirdə girovların öldürüləcəyi ilə təhdid edib.

AzVision.az


Teqlər:





Xəbər lenti