Putindən Ukraynaya xəbərdarlıq

Putindən Ukraynaya xəbərdarlıq
  21 Yanvar 2015    Oxunub:2912
Rusiya Ukrayna ilə bağlı önəmli açıqlama verib.
AzVison.az anspress-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranı ilə əlaqədar Qazaxıstanda keçiriliməsi planlaşdırılan sülh danışıqları ertələnə bilər.

Peskov Ukrayna hökumətini ölkənin şərqində döyüşləri yenidən intensivləşdirməkdə ittiham edib.

"Rəsmi Kiyevin bu addımı sülh danışıqlarını ertələyə bilər. Ukraynanın şərqində döyüşlərin yenidən başlaması rəsmi Kiyev üçün çox pis nəticələr verə bilər. Döyüşlərin başlaması sülh danışıqlarını baltalayır", deyə Peskov bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var. Ukrayna tərəfi isə döyüşlərin yenidən başlanmasında Rusiyanı ittiham edir.


Teqlər:





Xəbər lenti