Ordumuz dünyanın ən güclüləri sırasında - SİYAHI

Ordumuz dünyanın ən güclüləri sırasında - SİYAHI
  21 Yanvar 2015    Oxunub:3575
Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb.
AzVision.az xəbər verir ki, “Global Firepower” saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu da yer alıb.

Siyahıya ABŞ başçılıq edir. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur.

“Global Firepower” siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb.

Siyahıda üçüncü yeri Çin tutur. Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya ilk onluqda yer alıb.

Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb.(anspress)


Teqlər:



Xəbər lenti