Paytaxtda daha bir qəza
Qəza nəticəsində hər iki maşına ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəlib. Sürücülərin ifadələri alınıb. İlkin ehtmala görə, qəza “İnfiniti” markalı avtomobilin sürücüsü Uğur Mahmudovun yol hərəkəti qaydalarını pozması və sürət həddini aşması səbəbindən baş verib. Qəzanın dəqiq səbəbi araşdırmaların yekununda məlum olacaq.