Nazarbayev və Lukaşenkodan ermənilərə ağır zərbə

Nazarbayev və Lukaşenkodan ermənilərə ağır zərbə
  21 Yanvar 2015    Oxunub:7241
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Ermənistanın tərəfdaşları olan Belarus və Qazaxıstan Gümrüdə rus əsgərinin törətdiyi qətlə heç bir reaksiya verməyib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ümumiyyətlə, Belarus və Qazaxıstan liderləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev hətta, erməni həmkarı Serj Sarkisyana başsağlığı teleqramı belə göndərməyib.
Bundan əlavə bu ölkələrin aparıcı KİV Gümrüdə baş verən faciəvi olaya belə toxunmayıb.


Xatırladaq ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti