`İlham Əliyevin səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib`

`İlham Əliyevin səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib`
  21 Yanvar 2015    Oxunub:3039
"Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərinin indiki vəziyyətində Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim. Azərbaycan dövləti indiyə qədər xarici siyasətində müstəqil siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya yönündə olub. Bu da birbaşa müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsindədir".

Bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz:

- Bunu arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqının iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi imperiyanın süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatından sonraya təsadüf edib. Biz müstəqilimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərfli qonşuluq siyasətini davam etdirməlidir. Heç bir ölkə Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət müstəqildir və ölkəmiz ikitərəfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır.

Niyaməddin Orduxanlı bu səfərin daxili siyasi qüvvələr tərəfindən də birmənalı qarşılanmadığını qeyd edib: "Prezidentin bu səfəri radikal siyasi düşərgə üçün şok effekti verib. İlham Əliyevin bu səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib".


Teqlər:



Xəbər lenti