Saxta diplomla işləyən 64 tibb işçisi aşkarlandı

Saxta diplomla işləyən 64 tibb işçisi aşkarlandı
  21 Yanvar 2015    Oxunub:3159
Səhiyyə Nazirliyi 64 saxta diplom aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirliyin mətbuat katibi Anar Qədirli məlumat verib.

A.Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsi ötən il 64 saxta diplom aşkarlayıb. Saxta diplomlar nazirliyin hüquq və daxili nəzarət sektoruna təqdim edilib.

Mətbuat katibi qeyd etdi ki, ötən il mərkəzləşmiş qaydada müsabiqə yolu ilə 632 tibb işçisi işə qəbul olunub. 60-dan çox həkim isə xarici ölkələrə təkmilləşdirmə kurslarına göndərilib.


Teqlər:



Xəbər lenti