Jurnalistlərə Twitter qadağası

Jurnalistlərə Twitter qadağası
  21 Yanvar 2015    Oxunub:2185
Türkiyədə arasında jurnalistlərin də olduğu 30 nəfərin Tvitter sosial şəbəkəsində paylaşdıqları tvitlərə qadağa qoyulub.

AzVision.az xəbər verir ki, bu barədə məhkəmə hökm çıxarıb.

Belə ki, ötən gün Tvitterdə kimə aid olduğu məlum olmayan `Fuad Avni` hesabından paylaşılan tvitdə Ankara başda olmaqla bir neçə bölgədə polisin əməliyyat keçirəcəyini və saxlanılacaq şəxslərin siyahısını dərc etmişdi. Bundan sonra `Fuat Avni` barəsində qaldırılan iddia ərizəsinə əsasən kimə məxsus olduğu məlum olmayan hesab bağlanıb.

Qeyd etdiyimiz kimi bir neçə jurnalistin də Tvitter hesabına girişinə qadağa qoyulub və bu barədə onların e-mail ünvanına məktub göndərilib.

“Tvitter hesabınızla bağlı şikayət əsasında qəbul olunan məhkəmə qərarı barədə sizi məlumatlandırıq. Adı çəkilən tvitləriniz hüquq pozuntusudur. Əgər həmin tvitləri könüllü silmək istəsəniz bizimlə yenidən əlaqə saxlayın”.

Məluamt üçün bildirək ki, bəziləri `Fuad Avni` profilinin ABŞ-da yaşayan türkiyəli dini lider Fətullah Gülənə məxsus olduğunu iddia edir.

Fatimə


Teqlər:





Xəbər lenti