Söz azadlığı dindən vacibdirmi? - EKSPERT

Söz azadlığı dindən vacibdirmi? - EKSPERT
  21 Yanvar 2015    Oxunub:1926
Böyük Britaniyanın baş naziri Devid Kemeron KİV-in inanclı insan təhqir etmək hüququnu qoruyub. Baş nazir Roma Papası Fransiskin digər insanların inancların təhqir etmək olmaz bəyanatı ilə razılaşmır.

Kemeron öz mövqeyini ABŞ-ın “CBS” telekanalına müsahibəsində bildirib. Baş nazir vurğulayıb ki, azad cəmiyyətdə insanların dini inanclarının təhqir etmək hüququ da mövcud olmalıdır: “Mən xristianam. Kimsə İsa peyğəmbəri təhqir etsə, bu mənim üçün təhqiredici görünə bilər. Lakin azad cəmiyyətdə, mənim ondan qisas almaq hüququm yoxdur”.
Kemeronun bəyanatı Böyük Britaniya qanunvericiliyinə nə qədər uyğundur? Britaniya qanunları öz vətəndaşlarına digər insanları təhqir edən və ya onlara zərər verə biləcək bəyanatlardan çəkinməyi tələb etmirmi?

Vəkil, beynəlxalq hüquq üzrə mütəxəssis Kamran Əliyev AzVision.az-a açıqlamasında vurğulayıb ki, Britaniya qanunları tarixən öz liberallığı ilə seçilib. Lakin bu qanunların liberallığı cəmiyyətin inkişafı ilə paralel formada inkişaf edib. Ona görə də bu ölkədə nəyəsə qadağa qoyulur və ya məhdudlaşdırılır: “Burada bu cür qadağalar, məhdudiyyətlər ictimai qaydalarla tənzimlənir və bu ölkədə xeyli sayda yazılmamış qayda-qanun var. Yəni, qanun layihəsini hazırlayan şəxs hər hansı bir şeyə qadağa və məhdudiyyətlər tətbiq edə bilməz, lakin bu qadağalar ictimai səviyyədə mövcuddur”.

Onun sözlərinə görə, hətta nəzəri olsa bilə, Parlamentdə belə bir qanunun qəbulu çox çətindir. Ümumiyyətlə qanunverici proses uzun bir hüququ prosesdir. Təsəvvür edin, qanun layihəsi ilə razılaşmayan Parlament üzvləri onun ləğv edilməsinə nail olmaq üçün qəsdən vaxt aparır. Hər bir qanun layihəsi bir neçə müzakirə mərhələsindən keçməlidir. Birinci oxunu daha çox formal xarakter daşıyır. İkinci oxunuşda isə hüquqi sənədin ümumi prinsipləri müzakirə edilir. İkinci oxunuşda isə palata qanun layihəsinin ləğv edilməsinə səs verə bilər. Lakin bu nadir hallarda baş verir. Daha sonra qanun layihəsi xüsusi komitəyə göndərilir. Burada qanun layihəsinə maddələr üzrə baxılır və komitəyə düzəlişlərin edilməsi üzrə məlumat verir. Daha sonra isə qanun layihəsi daha detallı şəkildə müzakirə edilir.


Sonra isə qanun layihəsinin üçüncü oxunuşu keçirilir. Lordlar Palatası adətən «That the Bill do now pass» səs verib. Daha sonra qanun layihəsi digər palataya göndərilir. Və yalnız bundan sonra təsdiqlənməsi üçün Kraliçaya göndərilir. Əgər Palatalar arasında fikir ayrılığı varsa qanun layihəsi Parlamentdən keçmir. Yəni hər hansı bir qanun layihəsinin qəbul edilməsi heç də asan məsələ deyil.

Baş nazir Devid Kemeronun bəyanatına gəldikdə isə Balayev qeyd edib ki, hazırda cəmiyyət arasında baş nazirin fikirlərinə dair müzakirələr aparır.
- Sizin fikrinizcə, hüquqi cəhətdən “Charlie Hebdo” redaksiyasında baş verən faciə fonunda total azad söz tərəfdarları və insanların dini inanclarına toxunmamağı çağıran şəxslər arasında mübahisənin əsasında nə durur?

- Sizin sualınıza insan hüquqları üzrə ümumi deklarasiyaya əsaslanaraq cavab verəcəm. Deklarasiyanın 19-cu bəndində qeyd olunur: “Hər kəsin azad fikir bildirmək hüququ var; dövlət sərhədləri və vasitələrdən asılı olmayaraq hər kəsin informasiya və ideya əldə etmək, yaymaq hüququ var”.

18-ci bənddə isə hər kəsin azad fikir, vicdan və söz azadlığı var; bu hüquq özündə dini və ya öz fikrini dəyişmək hüququ da daxildir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti