Millət vəkili qanunsuz tikililərdən danışdı

Millət vəkili qanunsuz tikililərdən danışdı
  14 May 2013    Oxunub:1381
“Yol kənarındakı qanunsuz tikililər qanunsuzluğa yol vermiş hüququ və fiziki şəxslərin öz hesabına söküləcək”
AzVision.az xəbər verir ki, Milli Məclisin plenar iclasında "Avtomobil yolları haqqında" qanuna edilən dəyişikliklər nəzərdə tutulub.

Qanuna dəyişiklik barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Qanunun 8.3-cü maddəsinə edilən dəyişiklik nəticəsində avtomobil yolunun sahibi onun razılığı olmadan yolun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək və yolları əvvəlki vəziyyətinə gətirməlidir. Bu tələbin icrasından imtina edildikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirilmədikdə isə yolun əvvəlki vəziyyətinə qaytarılması avtomobil yolunun vəsaiti və qüvvəsi hesabına yerinə yetiriləcək.

Belə halda isə bu işlər üçün çəkilən xərclər qanunsuz tikinti aparan və ya sifariş verən şəxslər tərəfindən ödənilməlidir. Görülən xərclər çəkilmədikdə isə avtomobil yolunun sahibi məhkəmələrdə müvafiq iddialar irəli sürmək hüququna malikdir.



Teqlər:  





Xəbər lenti