Günün havası: duman, çiskin, yağış
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az verilən məlumata görə,buna baxmayaraq, ölkə ərazisində müşahidə edilən hava şəraiti qış fəsli üçün xarakterikdir. Ayrı-ayrı illərdə qış fəslində bundan da isti temperatur qeydə alınıb.
Yaxın 2 gün ərzində də Bakı və Abşeron yarımadasında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Azərbaycanın əsasən şimal və şərq rayonlarında isə hava şəraiti yağıntılı olacaq, yağış və qar yağacaq. Havanın temperaturu 7-10 dərəcə arasında dəyişəcək.
Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
AzVision.az