`Microsoft` İnternet Explorer-dən imtina etdi – SENSASİYA

`Microsoft` İnternet Explorer-dən imtina etdi – SENSASİYA
  22 Yanvar 2015    Oxunub:3088
`Microsoft` şirkəti Windows əməliyyat sisteminin yeni versiyasını təqdim edib.

Şirkətin vitse-prezidenti Terri Meyerson bildirib ki, Windows 10-da bir sıra yeniliklər edilib. Bunlardan biri səs komandası ilə axtarışa imkan verən Cotrana proqramıdır.

AzVision.az xəbər verir ki, bundan başqa, `Internet Explorer`-in nüfuzunu xeyli itirdiyini nəzərə alan Microsoft `Project Spartan` adlı yeni brauzer yaradıb. Belə ki, istifadəçilərin 48%-i Google Chrome, cəmi 19%-i IE işlədirdilər.

Windows 10-un desktoplar və planşetlər üçün funksiyaları fərqli olacaq. Planşet və telefonlarda Microsoft Office paketi əməliyyat sisteminə daxil ediləcək. Yeni əməliyyat sistemi desktop, planşet və telefonlar arasında sinxronlaşmağa ciddi diqqət ayırır.

İstifadəçi öz fayllarını `Microsoft OneDrive` internet-saxlancında saxlaya biləcək.

Windows 7 və 8 versiyalarını işlədənlər il ərzində Windows 10-a pulsuz keçə biləcəklər.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti