Merkel Qarabağa görə Rusiyanı ittiham etdi

Merkel Qarabağa görə Rusiyanı ittiham etdi
  22 Yanvar 2015    Oxunub:2895
Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir.

Almaniya kansleri Anqela Merkel bəyan edib ki, onun ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa cəhd edir.

Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Bundan əlavə, Merkel münaqişənin həll olunması prosesində Rusiyanın oynadığı neqativ rolu vurğulayıb.

“Almaniya münaqişənin həlli yolunda vasitəçi olmağa cəhd edir. Biz hesab edirik ki, Avropa Şurası, Avropa Birliyi bu istiqamətdə təşəbbüslə çıxış edərək münaqişənin nizamlanmasına öz tövhəsini verə bilər. Bununla əlaqədar Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”, - deyə Almaniya kansleri bəyan edib.

Merkel əlavə edib ki, Almaniya Ermənistan və Azərbaycanın danışıqlar prosesini dəstəkləməyə hazırdır:

“Atəşkəs rejiminin tez-tez pozulması neqativ faktdır. Hesab edirəm ki, burada müəyyən rolu Rusiya oynayır. Mən bunu vurğulamaq istədim”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti