Ermənilərdən Türkiyəyə yeni torpaq iddiası

Ermənilərdən Türkiyəyə yeni torpaq iddiası
  22 Yanvar 2015    Oxunub:2838
Ermənilər növbəti dəfə Türkiyəyə qarşı torpaq iddiası irəli sürüblər.
AzVision.az xəbər verir ki, bu dəfə onlar Adana şəhərindəki kilsələri, Ankaradakı Çankaya Köşkünü və və İstanbul Hava limanının ərazisinin bir hissəsinin ermənilərə məxsus olduğunu iddia edirlər.

Bu barədə erməni əsilli amerika vətəndaşı Harut Sassouniyan “California Courier” qəzetində məlumat yayıb.

O, qeyd edib ki, Ermənistan hökuməti ilə bəzi diaspora qrupları rəsmi Ankaranı beynəlxalq məhkəmələrə verəcək. Sassouniyanın yazısında bildirilir ki, erməni katolikosu I Aramın Adana şəhərində müsadirə edilən kilsə mülkləri geri qaytarılmalıdır və bununla bağlı öncə Türkiyə məhkəmələrinə müraciət ediləcək. Əgər məhkəmələr rədd cavabı verərsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.

Daha bir iddia isə Diyarbakır Havalimanı ilə bağlıdır. Bildirilir ki, guya erməni əsilli ABŞ vətəndaşı Zuart Sudjiyanın ailəsindən alınan torpaqlar geri qaytarılmalıdır.

Harut Sassouniyan qeyd edib ki, Ankaradakı Çankaya Köşkünün Kasapyan ailəsinə, İstanbul Atatürk Havalimanının yerləşdiyi ərazisinin bir hissəsi isə Vandakı Kevork Sarıyanın ailəsinə məxsusdur. Qeyd edilib ki, bu ərazilərinin yenidən ermənilərə qaytarılması üçün beynəlxalq məhkəmələrə müraciət ediləcək.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti