“Yəhova şahidləri”ni təbliğ edənlər tutuldu

“Yəhova şahidləri”ni təbliğ edənlər tutuldu
  22 Yanvar 2015    Oxunub:2248
Yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil verilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata əsasən, onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilmişdir.

Qeyd edək ki, yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.


Teqlər:  



Xəbər lenti