Qənirə Paşayeva müəllim və şagirdlərlə söz verdi

Qənirə Paşayeva müəllim və şagirdlərlə söz verdi
  22 Yanvar 2015    Oxunub:3220
Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində 2 nömrəli tam orta məktəbi ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemlərlə maraqlanıb.

Öncə məktəbin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə qoyulmuş abidəni ziyarət edən millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməyə çağırıb.

Məktəbin direktoru Elmira Tağıyeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər Qovlar şəhərində 2 nömrəli tam orta məktəbin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Qovlar şəhərində 2 nömrəli tam orta məktəbi binasının vəziyyətinin təhsil üçün artıq çox yararsız olduğunu deyən millət vəkili Qənirə Paşayeva yeni məktəbin tikintisi üçün hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.

Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində 2 nömrəli tam orta məktəbi ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemlərlə maraqlanıb. İlk öncə məktəbin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə qoyulmuş abidəni ziyarət edən millət vəkili Qənirə Paşayeva şəhidlərimizin xatirəsini ehtiramla anıb.


Teqlər:





Xəbər lenti