Neftin qiyməti qalxdı - 50,3 dollar

Neftin qiyməti qalxdı - 50,3 dollar
  22 Yanvar 2015    Oxunub:2786
“Brent” markalı neftin qiyməti bir barelə görə 50 dolları keçib.
AzVision.az-ın məlumatına görə, hazırda London birjasında bir barelə görə neftin qiyməti 50,3 dollardır.

OPEK-in dəyərləndirməsinə görə, 2015-ci ildə neftə gündəlik təlabat 28.8 milyon barrel olacaq. Halbuki, 2014-cü ildə gündəlik təlabat 29,1 milyon barel idi.

Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti