TQDK-dan tələbələrə MÜRACİƏT
Böyük Britaniyanın Aberystwyth Universiteti, Glasgow Universiteti, Reading Universiteti, ABŞ-ın Miçiqan Universiteti, Şimali Dakota Universiteti, o cümlədən Fransa, İtaliya, Çin, Yaponiya, Litva, Argentinanın bir sıra nüfuzlu universitetləri ilə ADA Universitetinin əməkdaşlıq və mübadilə proqramları mövcuddur.
Yerli və xarici professorlar tərəfindən keçirilən dərslərlə yanaşı, tələbələrin il ərzində Avropa İttifaqının sabiq prezidenti Barroso, BMT-nin İnkişaf Proqramının Administratoru və 2014-cü ilin 100 ən nüfuzlu qadınlarından biri hesab olunan xanım Helen Klark, Böyük Britaniyanın Avropa üzrə Naziri David Lidington kimi məhşur siyasi xadimlər və elm adamlarının mühazirələrində iştirak etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanları olacaq.
Tələbələr proqramların sonunda diplom işinin əvəzi olaraq xarici ölkələrin birində araşdırma məqsədilə on günlük səfərlərdə iştirak edirlər. “Capstone” adlanan bu layihə çərçivəsində ADA tələbələri dörd Afrika ölkəsi və Vyetnam, Monqolustan və Yaponiyaya səfərlər etmişlər.
Ətraflı məlumat üçün https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/news/events/1014/ linkinə daxil olun.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


