Türkiyənin təhlükəsizliyini pozan erməni fotoqraf həbs edildi

Türkiyənin təhlükəsizliyini pozan erməni fotoqraf həbs edildi
  23 Yanvar 2015    Oxunub:2351
İstanbulda yaşayan erməni fotoqraf Aspet Manukyan pilotsuz uçan aparatın köməyi ilə Atatürk adına hava limanını çəkib və videonu "Youtube"a yerləşdirib.
AzVision.az xəbər verir ki, erməninin bu qanuna zidd hərəkəti hava limanının təhlükəsizlik orqanlarının əməkdaşlarının hərkətə keçirib.

Təhlükəsizlik orqanlarının əməkdaşları həmin ermənini tutublar. Manukyan internetdə yaydığı 12 dəqiqəlik videonu silib. Daha sonra hamıdan üzr istəyib.

Lakin onun işi bununla bitməyib, sərbəst buraxılmayıb. Atatürk hava limanının rəhbərliyi onun barəsində iddia irəli sürüb.

Hava limanının rəhbərliyi açıqlama verib ki, bu erməninin aeroportu kameraya çəkməsi və internetdə yaymasından terrorçular istifadə edə bilər. Bundan başqa pilotsuz aparat təyyarə uçuşları və enmələrində problemlər yarada bilərdi. (anspress)


Teqlər:  





Xəbər lenti