Xaçmazda bazar yandı
Yanğın zamanı içərisində satış üçün nəzərdə tutulan mallarla yanaşı, mağazanın 160 kv.m sahəsi də yanaraq yararsız hala düşüb.
Vətəndaşın sözlərinə görə, ilkin hesablamalara əsasən 25 min manat dəyərində ziyana düşüb. O, həmçinin baş verən hadisənin qəsdən hər hansısa şəxs və ya şəxslər tərəfindən törədildiyini də bildirib. Çünki vətəndaşın digər iki obyektinin isə şüşələri sındırılıb, içəridən oğurluq edilib-edilmədiyi isə hələlik bilinmir.
Hadisədə maraqlısı budur ki, yanğın sadəcə həmin vətəndaşın mağazasında baş verib və yaxınlıqdakı heç bir ticarət obyektinə zərər dəyməyib. Bu isə yanğının şüurlu şəkildə törədildiyini düşünməyə əsas verir.
Hadisə baş verən yerə dərhal Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonu üzrə xilasedici-yanğınsöndürmə qrupu cəlb edilib.
Yaxınlıqdakı ticarət obyektləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub və tamamilə söndürülüb.
Faktla bağlı araşdırma aparılır və vətəndaşa dəymiş zərərin dəqiq məbləği bu araşdırmalardan sonra müəyyən ediləcək.