Ərdoğan krala görə səfərini dayandırdı

Ərdoğan krala görə səfərini dayandırdı
  23 Yanvar 2015    Oxunub:2313
Ötən gündən etibarən Afrikada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralının vəfat etməsi ilə səfərini dayandırıb.
AzVision.az-ın məlumatına görə, Ərdoğan ötən gün dünyasını dəyişən kral Abdulla ben Abdel Aziz Əl Saudun Ər-Riyad şəhərində keçiriləcək dəfn mərasiminə qatılacaq.

Dəfn mərasimindən sonra isə, Ərdoğan yenidən öz səfərlərini davam etdirəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdel Aziz Əl Saud 91 yaşında vəfat edib.O, dünyanın Səudiyyə Ərəbistanını 1996-cı ildən idarə edirdi. Kral Abdullahın varisi onun atabir qardaşı 79 yaşlı şahzadə Salmandır.

Sevinc



Teqlər:





Xəbər lenti