Nuriyyə Əhmədovanın səhhətindən yeni XƏBƏR

Nuriyyə Əhmədovanın səhhətindən yeni XƏBƏR
  23 Yanvar 2015    Oxunub:2699
Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərə onun nəvəsi Faiq (dünyasını dəyişmiş qızının oğlu) münasibət bildirib.
O, AzVision.az-a açıqlamasında nənəsinin səhhətinin normal olduğunu deyib:

“Nənəm indi evdədir. Sadəcə dünən gecə qan təzyiqi qalxmışdı. Heç xəstəxanaya yerləşdirməyə ehtiyac qalmadı. Təzyiqi qalxan kimi tez üstünə düşdük. Ona görə də tez də normallaşdı. Hazırda vəziyyəti yaxşıdır, dincəlir. İnsult keçirməsi ilə bağlı yayılan xəbərlər də yalandır. Belə xəbərləri haradan çıxarırlar bilmirəm”.

Qeyd edək ki, bu gün mətbuatda Nuriyyə Əhmədovanın insult keçirərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Şəhanə RƏHİMLİ


Teqlər:  



Xəbər lenti