Mikayıl Cabbarovdan yeni ƏMR

Mikayıl Cabbarovdan yeni ƏMR
  23 Yanvar 2015    Oxunub:3796
Təhsil Naziri Mikayıl Cabbarov yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əmr “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsi keçirilməsi ilə bağlıdır.

Eyni zamanda əmrdə göstərilib ki, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunacaq.

Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunub.

AzVision.az






Teqlər:  



Xəbər lenti