Cəbhədə iki erməni əsgəri məhv edilib, yaralılar var - YENİLƏNİB

Cəbhədə iki erməni əsgəri məhv edilib, yaralılar var - YENİLƏNİB
  23 Yanvar 2015    Oxunub:4491
Ötən gün Qarabağ cəbhəsində baş verən atışmada Ermənistan ordusunun iki əsgəri məhv edilib, xeyli sayda erməni əsgərinin yaralandığı bildirilir.
Qondarma “Dağlıq Qarabağ Respublikası” baş nazirinin sözçüsü Artka Beqlaryan bildirib ki, atışma nəticəsində ölənlərlə yanaşı xeyli sayda erməni əsgəri də yaralanıb. Lakin Beqlaryan yaralanan şəxslərin vəziyyəti və adları barədə məlumat verməyib.

***
11:28
Məlumata əsasən, Qarabağ cəbhəsində atışma nəticəsində Ermənistan ordusunun iki əsgəri – leytenant Karen Qalstyan və əsgər Artak Sarksiyan öldürülüb.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti